Bobcat S530
Bobcat S530 kompakt ölçülü, yüksək manevr qabiliyyətinə malik miniyükləyicidir (skid-steer). Dar və məhdud sahələrdə işləmək üçün ideal olan bu texnika sürətli avadanlıq dəyişdirmə imkanı, çevikliyi və dözümlü konstruksiyası ilə seçilir.
Maşının əsas üstünlüyü universallığıdır: standart qabdan əlavə, sürətli birləşdirici vasitəsilə qamaq (yer qazma), süpürgə, palet çəngəli, mala-fraze, hidravlik çəkic və bir çox digər nasadka quraşdırıla bilir. Yığcam ölçüsü tikili daxilində, dar həyətlərdə və sıx obyektlərdə işi asanlaşdırır, yerində dönmə qabiliyyəti isə manevri sürətləndirir və məhdud sahədə məhsuldarlığı artırır.
Bobcat S530 tikinti, abadlıq, təmir, yükləmə-boşaltma, qış təmizliyi və kommunal işlərdə geniş tətbiq olunur. CES bu miniyükləyicini təcrübəli operatorla və ya operatorsuz, müxtəlif nasadkalarla birlikdə, obyektə çatdırılma və texniki dəstəklə icarəyə verir. Çevik icarə şərtləri, planlı texniki xidmət, ehtiyat hissələri təminatı və operativ məsləhət ilə işlərinizin səmərəli icrasını təmin edirik.
Parametrlər
| Çəki | 2815 kg |
|---|---|
| Aşırma yükü | 1737 kg |
| Yanacaq | Dizel |



